Mükəmməl 10

Perfect 10

İl: 2019
Ölkə: Böyük Britaniya
Rejissorlar: Eva Rayli
Filmin heyəti: Frənki Boks, Alfi Diqan, Şarlin Uayt, Uilyam Eş, Nikola Rayt, Cenna Qudvin
Janr: Dram
Müddəti: 83 dəqiqə.
Yaş məhdudiyyəti: 16+

Haqqında heç bir zaman eşitmədiyi ögey qardaşının gəlişi ilə yeni başlayan gənc gimnastın dünyası alt-üstolur

14 yaşlı Li (yeni oyunçu Frənki Boks) Brayton yaxınlığında laqeyd atası ilə birlikdə yaşayır. Özünə inamının olmamasına, bəzi gimnast dostlarına və ödəniş üçün pulunun azolmasına baxmayaraq ilk yarışması üçün çox məşq edən bacarıqlı bir gimnastdır.
 
Bir gecə özündən böyük ögey qardaşı onun evinə gələn zaman Linin tənha həyatı dəyişir. Li istədiyi diqqəti özünə cəlb etdikcə inamsızlıq tədricən həyəcan dolu yeni hisslərə çevrilir. Amma o motosiklet oğurluğu kimi təhlükəli və həyəcanlı bir cinayətlə üz-üzə qalır.
 
Debüt rejissoru Eva Rayli bacı-qardaş münasibətlərinin səmimi həssaslıqla araşdırıldığı, yetkinlik dövrü haqqında əminlik və ruh yüksəkliyi yaradan hekayə təqdim edir. Parlaq visual üslub və onu müşayiət edən canlı musiqi bu özünəməxsus, həssas yeniyetmənin portretini tamamlayır.

Mükafatlar və festivallar:

BFI London Kino Festivalı – iştirak 
Melburn Beynəlxalq Kino Festivalı – iştirak 
Tallin Qara Gecələr Kino Festivalı – iştirak 
Sevilya Avropa Kino Festivalı – iştirak