Nərgiz (İngilis alt yazıları müşayiətində)

Nargiz (with English subtitles)

İl: 2020
Ölkə: Azərbaycan
Rejissorlar: Şirin Əhmədov
Filmin heyəti: Süleymanzadə Nigar, Əzimov Habil, Vusalə Babayeva, İmaməli Nəzərli
Janr: Qısametrajlı, dram
Müddəti: 12 dəqiqə.
Yaş məhdudiyyəti: 0+

Biz həm də, Cəmilə Abdulova tərəfindən təsis edilmiş Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyilə olan uzun-müddətli əməkdaşlığımızın bir hissəsi kimi işarə dilində Azərbaycan filmi olan “Nərgiz” ekranizasiyasını nümayiş etdirəcəyik

Mən Vüsalə Babayeva, Eşitmə Məhdudiyyətli Şəxslər İctimai Birliyinin üzvüyəm, 29 yaşım var. Bizim, yəni eşitmə məhdudiyyətli şəxslərin toplaşdığı ictimai birlikdə çox bacarıqlı gənclər var. Bu ictimai birliyin rəhbəri Cəmilə xanım bizim mənəvi anamızdır. Onun qızı da eşitmə məhdudiyyətlidir. O üzdən, o bizi daha gözəl anlayır və bizim üçün daha böyük və uğurlu yollar açmağa maraqlıdır.  Bizim təşkilat bir çox yerli və beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Onlardan biri, demək olar, ən sevdiyim British Council ilə olan layihəmizdir. Bu layihə ilə mən qeyri-adi bir rəqs forması öyrəndim və bir çox şəhərlərdə oldum.

Bu film haqqında: Bizim birliyin rəhbərindən bu filmdə iştirak etmək dəvəti alanda çox sevindim. Rejissorumuz bu filmi haqqında danışanda çox kövrəldim.  Nərgiz adlı bir gənc qızın valideynlərinə qarşı həssaslığı, işsizlik, çətin ailə vəziyyəti bu filmdə öz əksini tapır. On iki dəqiqəlik bu filmi izləyən hər bir kəs filmdən özünün fərqli fikirləri ilə ayrılacaq.  Bu filmin süjet xətti digərlərindən çox fərqlənir. İlk öncə, onu qeyd edim ki, bu film ilk dəfə olaraq Azərbaycanda çəkilən qısametrajlı, tam səssiz, aktyorları eşitmə məhdudiyyəti olan şəxslərdən ibarət bir filmdir.  Hər zaman eşidən insanlar filmləri eşitmə məhdudiyyəti olan insanlar üçün subtitrlərlə tərcümə edərək nümayiş etdirir. Biz filmi subtitrləri oxuyaraq izləyirik, bu bizə çətin olsa da, kinonu anlamağımız üçün buna məcburuq.  Bu filmdə isə tam əksinədir. Film eşitmə məhdudiyyəti olan insanlar üçün nümayiş olunur, eşidən insanlar isə alt yazını oxumaqla filmi anlayırlar. Biz bir təşkilat olaraq cəmiyyətə inklüzivliyi bu cür nümayiş etdirmək istədik. Bu, bir yenilikdir. İnanıram ki, bu yenilik cəmiyyət tərəfindən yüksək qiymətləndiriləcək. Filmi izləyərkən tam səssizlik duysanız, bu eşitmə məhdudiyyəti olan insanla