Səma üçün

For Sama

İl: 2019
Ölkə: Böyük Britaniya, Suriya, ABŞ
Rejissorlar: Vaadəl-Katib, Edvard Vatts
Janr: Sənədli film,müharibə
Müddəti: 100 dəqiqə.
Yaş məhdudiyyəti: 16+

Müharibə zamanı qadının yaşadıqlarına səmimi və qəhrəmanlıq səyahəti

Gənc ananın qızına sevgi məktubu olan bu film Vaadəl-Katibin Suriyada Hələb üsyanı zamanı beş il ərzində aşiq olduğu, evləndiyi və Səmanı dünyaya gətirdiyi həyatından bəhs edir. Bütün bu zaman ərzində isə onun ətrafında fəlakətli hadisələr cərəyan edir.
 
O kamerası ilə itkilər, qəh qəhələr, sağ qalmaq kimi ağlasığmaz hadisələri lentə alır.Qızını qorumaq üçün Vaad inanılmaz bir seçim qarşısında qalır-şəhəri tərk etsin, yoxsa burada qalsın. Şəhərdən getmək isə uğrunda bu qədər qurbanlar verdiyi mübarizədən imtina etmək deməkdir. Film-Emmi mükafatına layiq görülən rejissorlar Vaadəl-Katib və Edvard Vattsın ilk tammetrajlı sənədli filmidir.

Mükafatlar və festivallar:

Kann Film Festivalı – Qızıl Göz
Akademiya Mükafatı nominasiyası– Ən yaxşı sənədli film üçün Oskar mükafatı
BAFTA Mükafatı – Ən yaxşı sənədli film
Britaniya Müstəqil Film Mükafatı– Ən yaxşı rejissor, Ənyaxşı Britaniya Müstəqil Filmi, Ən yaxşı sənədli film, Ən yaxşı montaj
Amsterdam Beynəlxalq Sənədli Film Festivalı – Tamaşaçı Mükafatı
Avropa Film Mükafatı – Ən yaxşı Avropa sənədli filmi
Hot Docs Kanada Beynəlxalq Sənədli FilmFestivalı – Münsiflər Heyətinin Xüsusi Mükafatı(Beynəlxalq Tammetrajlı Sənədli Film)
Beynəlxalq  Emmi Mükafatı – Ən yaxşı sənədli film