Yırtıcı

Beast

İl: 2017
Ölkə: Böyük Britaniya
Rejissorlar: Maykl Pirs
Filmin heyəti: Cessi Bakli, Conni Flin, Ceraldin Ceyms, Tristan Qravel
Janr: Dram
Müddəti: 107 dəqiqə.
Yaş məhdudiyyəti: 18+

Ailəsinin təsiri ilə amansız silsilə qətllərdə şübhəli hesab edilən əsrarəngiz kişinin cazibəsi arasında qalmış qadın haqqında psixoloji triller

Cəmiyyətdən təcrid olunmuş icmada çətin həyat keçirən qadın hər addımına nəzarət edən ailəsinin təsiri ilə amansız silsilə qətllərdə şübhəli hesab edilən əsrarəngiz kişinin cazibəsi arasında qalır.

Mollun 27 yaşı var. O, hələ də kiçik ada icmasının əhatəsində ata evində yaşayır və özünü ailəsinə borclu hiss etdiyindən buranı tərk etmək iqtidarında deyil. O, azad ruhlu Paskalla tanış olanda qarşısında yepyeni bir dünya açılır və ürəkdən aşiq olaraq özünü həyatında ilk dəfə yaşayırmış kimi hiss edir. Moll nəhayət ailəsindən azad olaraq yeni həyata başlamaq üçün Paskalın yanına köçür. Lakin Paskal amansız silsilə cinayətlərin əsas şübhəlisi kimi həbs edildikdə, o, qorxu içində tək qalır. İcmanın şübhələri qarşısında sevgilisinin yanında qalmağı seçən Moll həyatına həmişəlik təsir göstərəcək seçimlər etməyə məcbur olur.

Mükafatlar və festivallar:

BAFTA Film Mükafatı - İngilis Yazıçı, Rejissor və ya Prodüserin Möhtəşəm Debütü
Britaniya Müstəqil Film Mükafatı - Ən perspektivli yeni rejissor
"Sundance" Film Festivalı - iştirak
Toronto Beynəlxalq Film Festivalı - iştirak
London Beynəlxalq Film Festivalı - iştirak
Stokholm Beynəlxalq Film Festivalı - iştirak
Mayami Beynəlxalq Film Festivalı - iştirak
Montkler Beynəlxalq Film Festivalı - iştirak