BAFTA 2020

Runtime: 113 min.
Age: 16+
BAFTA 2020 Qısametrajlı filmlər proqramına  2020-ci ildə seçilmiş qısametrajlı və animasiya filmlərindən ibarət namizədlər daxildir. Proqram ingilis cəmiyyətinin əhatə dairəsini və müxtəlifliyini, dünya səviyyəsində texniki bacarıqlarını üzə çıxaran və bəzi ən yaxşı istedadlı aktyor xüsusiyyətlərini əks etdirən hekayələr təqdim edir. Bu proqram beynəlxalq tamaşaçıları inkişaf etdirmək və İngiltərənin davamlı olaraq dünya səviyyəsində qısametrajlı film istehsalı ənənəsini nümayiş etdirmək üçün mükəmməl topludur.

Azaar
Azaar

Year: 2019
Country: Böyük Britaniya
Director: Miriam Raca
Genre: Qısametrajlı
Dil: Urdu
Runtime: 21 min.
Tayfa qadınları ərlərinin müharibədən qayıtmasını gözləyir.Kəndin son qızlardan biri olan Azaar qadınlığın əsl qiymətini öyrənməyə gələn zaman anası, nənəsi və digər tayfa üzvlərinə qarışır.

Qızıl balıq
Goldfish

Year: 2020
Country: Böyük Britaniya
Director: Hektor Dokrill
Genre: Qısametrajlı
Dil: İngilis dili
Runtime: 18 min.
Böyük qardaşının ölümündən sonra 11 yaşlı Viola öz kədəri ilə mübarizə aparır. Hər şeyi dəyişdirən naməlum bir şəxsdən məktub Alana qədər anası və qiymətli qızıl balığından ibarət dünyasına baxışları alt-üstolur.

Kamali
Kamali

Year: 2018
Country: Böyük Britaniya, Hindistan
Director: Saşa Reynbou
Genre: Qısametrajlı
Dil: Tamil
Runtime: 24 min.
Kamali balıqçı qəsəbəsində konki sürən yeganə qızdır. Onun qorxaq anası Suqanti özünü tapmaq üçün ziyarətə gedir. Bu ,onların ilk ayrılığıdır, onlar kişilərin dünyasında azadlıq tapmalıdırlar.

Tələ
The Trap

Year: 2019
Country: Böyük Britaniya
Director: Lena Hidi
Genre: Qısametrajlı
Dil: İngilis dili
Runtime: 32 min.
Tənha, özünə qapalı qadının aşıq olan zaman özünü kəşf edərək təəcübləndiyi, hissləri riqqətə gətirən bu h ekayə də ona aşiq olmamaq mümkün deyil. 

Romantik baba
Grandad was a Romantic

Year: 2019
Country: Böyük Britaniya
Director: Məryam Mohajer
Genre: Qısametrajlı, animasiya
Dil: İngilis dili
Runtime: 4 min.
Babam romantik idi. Bir dəfə o, nənəmin şəklini gördü və başa düşdü ki, bu onun həyatının sevgisidir .Bir gün qərara gəldiki, onunla görüşsün.

Onun çəkmələrində
In Her Boots

Year: 2019
Country: Böyük Britaniya, Avstriya
Director: Katrin Ştaynbaxer
Genre: Qısametrajlı, animasiya
Dil: İngilisdili, almandili
Runtime: 8 min.
Heydinin başına qəribə hadisələr gəlir. Nəvəsi onlarda qonaq olarkən qəfildən Alp dağlarının ən dərin hissələrinə yürüşə çıxır və yürüş ayaqqabılarına sadiq qalmasının səbəbini açıqlayır.

Bu, Heydinin öz şəxsiyyətini və azadlığını qorumaq cəhdi haqqında bir hekayədir. 

Sehrli qayıq
The Magic Boat

Year: 2019
Country: Böyük Britaniya
Director: Naaman Azari
Genre: Qısametrajlı, animasiya
Dil:
Runtime: 6 min.
Həyatlarının ən təhlükəli səyahəti zamanı ana və oğul arasındakı münasibətlərə baxış.